Çində son sutkada cəmi 1 nəfərdə koronavirus aşkarlanıb

Dünya

27.05.2020 - 09:29

Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Çində son sutka ərzində cəmi 1 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər sağalıb, ölən olmayıb.

 

AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilir ki, virus Şanxayda xaricdən gələn şəxsdə tapılıb.

 

Ölkənin tibb müəssisələrində 79 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir.

 

Çində ümumilikdə 82 993 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 280 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Müəllif: Ayna.az