Ölkədə 177 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 943-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 130 xəstə sağalıb.
Ölkədə 177 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1-nin vəziyyəti ağır qiymətləndirilir.