Borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 1-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.