Çin yaponiyalı deputata sanksiya tətbiq edib

Dünya

08.09.2025 - 12:14

“Onun hərəkətləri Çinin suverenliyini və ərazi bütövlüyünü əhəmiyyətli dərəcədə pozur”

Pekin Yaponiya Parlamentinin yuxarı palatasının etnik çinli üzvü Hei Sekiyə (Şi Pinq) qarşı Çinin suverenliyini pozan hərəkətlərə görə sanksiyalar tətbiq edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-dən bildirirlib ki, yapon siyasətçi Tayvan, Diaoyu adaları, tarixi məsələlər, həmçinin Sincan, Tibet və Honq Konqda baş verən hadisələrlə bağlı yalan məlumatlar yayır: “Onun hərəkətləri Çinin suverenliyini və ərazi bütövlüyünü əhəmiyyətli dərəcədə pozur. Və Çinin daxili işlərinə ciddi müdaxilədir”.

“Xüsusilə, Hei Seki Asiya ölkələrində yapon militarizminin simvolu sayılan Yasukuni məbədini açıq şəkildə ziyarət edir və bununla da Pekin və Tokio arasında əldə olunmuş razılaşmaları kobud şəkildə pozur. O “vahid Çin” prinsipinə də əməl etmir”, - deyə qeyd olunub.

Çin hakimiyyəti yapon siyasətçi və ailəsinin Çinə, o cümlədən Honq-Konq və Makaoya daxil olmasını qadağan edib. Hei Sekinin Çin ərazisindəki bütün daşınar və daşınmaz əmlakı dondurulub. Çindəki təşkilat və şəxslərin onunla sövdələşməyə və ya əməkdaşlıq etməsinə icazə verilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş