Çin “Yaogan-46” peykini orbitə buraxıb

Dünya

03.11.2025 - 16:09

Uzaqdan zondlama peyki orbitə uğurla buraxılıb

Çin “Yaogan-46” uzaqdan zondlama peykini orbitə uğurla buraxıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Peyk stansiyaya “Long March-7A” buraxılış raketi ilə çatdırılıb.

“Yaogan-46” fəlakətlərin qarşısının alınması və azaldılması, milli torpaq və su ehtiyatları tədqiqatı və meteorologiya üçün istifadə olunacaq.

Sentyabrın sonlarında Çin “Fengyun-3H” meteoroloji müşahidə peykini orbitə uğurla buraxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş