“Çin Avropa tərəfini Çin şirkətlərinin maraqlarına əsassız zərər vurmağı dayandırmağa çağırır”
“Rəsmi Pekin qeyri-qanuni birtərəfli sanksiyalara qarşıdır və öz şirkətlərinin maraqlarını qorumaq niyyətindədir”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.
"Çin həmişə BMT-nin razılığı olmadan qəbul edilmiş əsassız birtərəfli sanksiyalara qarşı çıxıb. Çin Avropa tərəfini Çin şirkətlərinin maraqlarına əsassız zərər vurmağı dayandırmağa çağırır və öz müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə qorumaq üçün lazımi tədbirlər görəcək", - o vurğulayıb.