Çin "Sinopharm" vaksininin şərtli istifadəsinə icazə verib

Dünya

01.01.2021 - 03:11

Çində ilk yerli koronavirus dərmanı təsdiqlənib

 
Çinin "Sinopharm" şirkəti tərəfindən COVID-19-a qarşı inkişaf etdirilmiş peyvəndin şərti istifadəsinə icazə verib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Milli Tibbi Məhsullar Administrasiyasının Çın Şıfey mətbuat konfransında "Sinopharm" peyvəndinin şərti istifadəsi üçün icazə verildiyini bildirib. Zəiflədilmiş virusla istehsal olunan və iki dozada hazırlanması planlaşdırılan peyvənd Çində geniş istifadə olunmasına icazə verilən ilk peyvənddir. İmmunoloq Tao Lina şərti istifadənin tədqiqatların davam etdiyi bir zamanda rəsmilərin fərqli sağlamlığa sahib insanlarda peyvəndin təhlükəsizliyi və effektivliyi barədə daha çox məlumat istəyə biləcəyi anlamına gəldiyini söyləyib. O qeyd edib ki, bu vəziyyətdə peyvənd istifadəsi müəyyən yaş qruplarında məhdudlaşdırıla bilər.
 
Rəsmilər "Sinopharm" peyvəndinin qiyməti üçün konkret bir rəqəm deməsələr də, Milli Səhiyyə Komissiyasının rəsmisi Cıng Congvey bunun mütləq uyğun bir qiymət olacağını bildirib. 
 
"Sinopharm"ın Pekin Bioloji Məhsullar İnstitutu tərəfindən istehsal olunan peyvəndin hazırda kütləvi istehsal mərhələsində olduğu bildirilsə də, hazırkı istehsal gücü barədə məlumat verilməyib. Şirkət COVID-19-a qarşı hazırladığı peyvəndlərdən birinin son mərhələdəki təcrübələrdə 79,3% qoruyucu olduğunu açıqlayıb. 
 
"Sinopharm"ın Pekin Bioloji Məhsullar İnstitutunun saytında yerləşdirilən məlumatda üçüncü və son mərhələ testlərindən sonra COVID-19 peyvəndi üçün təsdiq müraciəti edildiyi bildirilib.
 
Çində sınaqlar davam edərkən səhiyyə işçiləri də daxil olmaqla bir milyondan çox insana təcili Çin şirkətləri tərəfindən hazırlanan peyvəndlər vurulub. 
Müəllif: Ayna.az