Vəsaitlər üç-dörd aydan sonra geri qaytarılıb
Bəzi Çin bankları çinli kontragentlərin artıq Rusiya idxalçılarına tədarük etdikləri mallara görə ödənişləri qaytarmağa başlayıblar. AYNA xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazıb.
Bildirilib ki, problem “FTL Advisers” və “SinoRuss” hüquq firmaları, “Nordic Star” hüquq bürosu və “Blank” bankı tərəfindən təsdiqlənib.
Qeyd olunub ki, vəsaitlər üç-dörd aydan sonra geri qaytarılıb.
Bundan əvvəl “İzvestiya” Çindəki regional bankların Rusiyadan ödənişləri qəbul etməyi dayandırdığını yazmışdı.
İyun ayında “Bank of China” ABŞ sanksiyalarına görə Rusiya bankları ilə əməliyyatlarını dayandırıb.