Çin ABŞ-la silahlara nəzarət üzrə məsləhətləşmələri dayandırıb

Dünya

17.07.2024 - 14:01

Həkimlər Klinikalar SEO Xidməti

Lin Cian: “Birləşmiş Ştatlar Çinin təkrar bəyanatlarına məhəl qoymadı”

Pekin ABŞ-ın Tayvana silah satışı ilə bağlı silahlara nəzarət və silahların yayılmaması ilə bağlı Vaşinqtonla məsləhətləşmələri dayandırıb. AYNA “China News”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.

“Birləşmiş Ştatlar Çinin təkrar bəyanatlarına məhəl qoymadı, Tayvana silah satmağa davam etdi və iki tərəf arasında qarşılıqlı etimadı sarsıdan bir sıra mənfi hərəkətlər etdi. Buna görə də danışıqların dayandırılması və silahlara nəzarət və yayılmaması ilə bağlı məsləhətləşmələrin yeni raundunun keçirilməsi qərara alınıb”, - deyə Çin XİN-dən bildirilib.

Lin Cian baş verənlərə görə məsuliyyətin “tamamilə ABŞ-ın üzərinə düşdüyünü” vurğulayıb. Bununla belə, o əlavə edib ki, Pekin “qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq əsasında” beynəlxalq silahlara nəzarət məsələlərində Vaşinqtonla əlaqə saxlamağa hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş