Çin ABŞ-a ixrac qadağasını dayandırıb

Dünya

09.11.2025 - 20:07

Çin qallium, germanium, stibium və super sərt materiallar da daxil olmaqla bəzi strateji ikili təyinatlı malların ABŞ-yə ixracına qoyduğu məhdudiyyətləri ləğv edib. AYNA.AZ  xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunur: “Dərc olunduğu tarixdən etibarən 27 noyabr 2026-cı il tarixinə qədər Ticarət Nazirliyinin 2024-cü il tarixli 46 nömrəli əmrinin qüvvəsi dayandırılır”.

Bildirilib ki, Pekin bu qərarı Kuala Lumpurda keçirilən Çin-ABŞ ticarət danışıqları zamanı əldə olunan razılaşma çərçivəsində qəbul edib. Həmin razılaşmaya əsasən, Çin 31 ABŞ şirkəti üzərindəki nəzarət tədbirlərini də yumşaldıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş