"Bayden administrasiyası dövründə effektiv ünsiyyət kanalları yox idi”
“ABŞ Prezidenti Donald Trampın Çinə dövlət səfərinin ən vacib nəticələrindən biri iki ölkə arasında səmimi dialoq üçün yeni kanalların yaradılması idi”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ ticarət nümayəndəsi Ceymison Qrir deyib.
Qrir müsahibədə bildirib ki, "Bayden administrasiyası dövründə effektiv ünsiyyət kanalları yox idi. Prezident Trampın rəhbərliyi altında ABŞ Çinlə münasibətlərində strateji sabitliyə nail ola bildi və dövlət səfəri daha səmimi dialoq və dövrümüzün ən vacib məsələləri üzrə real irəliləyiş üçün qapı açdı".
O əlavə edib ki, yaradılmasını əvvəllər ABŞ maliyyə naziri Skott Bessent bildirmişdi ki, birgə ticarət şurasının yaradılması yolu ilə mürəkkəb ikitərəfli iqtisadi məsələləri həll etməyə ümid edir.