Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

Dünya

23.08.2025 - 19:12

Siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari il avqustun 2-də Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş