Ceyhun Bayramovla Gürcüstanın yeni XİN rəhbəri arasında telefon danışığı olub

Xəbərlər

02.12.2024 - 20:24

cedabet Klinikalar SEO Xidməti

Nazirlər regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar

Bu gün Azərbaycanın  xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

XİN-dən AYNA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizmininstrateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş