Ceyhun Bayramov Xurşidbanu Natəvanın abidəsini ziyarət edib - <font color=red> FOTOLAR</font>

Siyasət

19.12.2020 - 21:20

Xarici İşlər Nazirliyi məlumat yayıb 

 

Belçika Krallığında işgüzar səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib və abidənin önünə tər çiçəklər qoyub. AYNA-nın xəbərinə görə, məlumatı XİN yayıb.

 

Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.


Müəllif: Ayna.az