Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında görüş olub
“Biz Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsəlləri, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə hərtərəfli müzakirə apardıq”.
AYNA-nın məlumatına görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, üçtərəfli və dördtərəfli formatlarda görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında yol xəritəsi də cızılıb.