Ceyhun Bayramov: “Sərhəddə vəziyyət qeyri-sabit olaraq qalır”

Siyasət

25.08.2020 - 17:08

“Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir"

 

“Bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət  qeyri-sabit olaraq qalır”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

 

"Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir", - deyə azərbaycanlı nazir vurğulayıb.

 

Azərbaycan XİN başçısı regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının vacibliyini qeyd edib.

Müəllif: Ayna.az