Ceyhun Bayramov Sergey Lavrovla görüşüb

Aktual

14.10.2021 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər üçtərəfli Birgə Bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar

14 oktyabr 2021-ci il tarixində Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən xəbərə görə, nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Birgə Bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş