XİN başçısı Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
Bu gün Xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bidlirilib ki, səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.