Ceyhun Bayramov Lavrovla telefonla danışıb

Siyasət

02.12.2020 - 22:49

Üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparılıb

 

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

 

XİN-dən AYNA-ya verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş