Nazir Azərbaycan səfirliyinin açılışında iştirak edəcək
İyunun 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, rəsmi səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycanın Keniyadakı səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə Keniya Respublikasının yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.