Ceyhun Bayramov həmsədrlərlə danışıqlardadır

Xəbərlər

08.10.2020 - 16:17

XİN başçısı Minsk Qrupunun həmsədrləri ilə Qarabağdakı döyüşləri müzakirə edir

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərindədir. AYNA xəbər verir ki, hazırda nazir Qarabağda gedən döyüş əməliyyatları ilə bağlı ATƏT-in Minsk Qrupunu həmsədrləri ilə danışıqlar aparır.

 

Görüşün bu dəqiqələrdə keçirildiyi bildirilir. Əsas mövzununu Qarabağda gedən döyüş əməliyyatları və münaqişənin həlli yollarının müzakirəsi olacağı bildirilir.  

Müəllif: Ayna.az