Ceyhun Bayramov Cenevrəyə gedir

Siyasət

07.10.2020 - 21:40

Azərbaycanın XİN başçısı həmsədrlərlə görüşmək üçün Cenevrəyə gedir

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov 8 oktyabr 2020-ci il tarixində Cenevrəyə işgüzar səfərə yola düşəcək.

 

Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

 

Səfərin məqsədi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.

Müəllif: Ayna.az