Ceyhun Bayramov Belçikaya səfər edib

Xəbərlər

11.12.2023 - 01:27

XİN başçısı “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfər edib. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az