Ceyhun Bayramov Andrey Sibiqa ilə görüşüb - FOTOLAR

Xəbərlər

24.09.2024 - 18:50

cedabet dərman SEO Xidməti

Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında cari əməkdaşlığın aspektləri və perspektivlərini müzakirə ediblər.

Onlar həmçinin münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar məsələləri barədə danışıblar.

Nazirlər həmçinin regiondakı mövcud vəziyyət və Azərbaycanın COP29-a hazırlığı barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Andrey Sibiqa ilə görüşüb - Ceyhun Bayramov Andrey Sibiqa ilə görüşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş