Nüvə Məsləhət Qrupunun dördüncü iclası çərşənbə günü Vaşinqtonda keçirilməli idi
Cənubi Koreya və ABŞ bu həftə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan nüvə qarşısının alınması üzrə danışıqları təxirə salıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ABŞ Müdafiə Nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.
Pentaqonun sözçüsü agentliyə bildirib ki, “iclas növbəti xəbərdarlığa qədər təxirə salınıb”.
“Yonhap” qeyd edir ki, Nüvə Məsləhət Qrupunun dördüncü iclası çərşənbə günü Vaşinqtonda keçirilməli idi.
Koreya tərəfdən Cənubi Koreya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Departamentinin rəhbəri Ço Çanq-nae, ABŞ-ı müdafiə nazirinin iqtisadi məsələlər üzrə köməkçisi Kara Aberkrombi təmsil etməli idi.