Cənubi Koreya “Azadlıq səsi” radiosunun yayımını dayandırıb

Dünya

01.09.2025 - 12:35

Radiostansiya Cənubi Koreyanın məşhur musiqi və xəbərlərini yayımlayırdı

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyaya qarşı təbliğat xarakterli “Azadlıq səsi” radiosunun yayımını dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

"Müdafiə Nazirliyi Cənub və Şimal arasında hərbi gərginliyi azaltmaq üçün tədbir kimi "Azadlıq səsi" proqramının yayımını dayandırıb", - rəsmi Seul bəyan edib.

Radiostansiya Cənubi Koreyanın məşhur musiqi və xəbərlərini yayımlayırdı.

Proqram 15 ildə ilk dəfə olaraq dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş