Təxminən iki saat davam edən danışıqlar “çətin, lakin işgüzar” olub
Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatıb. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, təxminən “iki saat davam edən danışıqlar çətin, lakin işgüzar” olub.
Medinski Ukrayna ilə bağlı tezliklə yeni görüşün keçiriləcəyini açıqlayıb.