Cenevrə danışıqlarından sonra Trampın Ukrayna “sülh planı” dəyişib

Dünya

24.11.2025 - 13:06

"Əsas versiya Ukrayna tərəfindən onlayn dərc edilmiş versiyadan fərqlənir"

Cenevrədə keçirilən ABŞ-Ukrayna danışıqları zamanı ABŞ Prezidenti Donald Trampın sülh planının 28 bəndi dəyişib. AYNA.AZ xəbər verir ki, bu məlumatı “New York Times” qəzeti adı açıqlanmayan Qərb rəsmisinə istinadən yayıb.

Məqalədə deyilir: "Əsas versiya Ukrayna tərəfindən onlayn dərc edilmiş versiyadan fərqlənir".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını, Rusiya əleyhinə sanksiyaların qaldırılmasını və Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasını təklif edən, eyni zamanda, Kiyev üçün dəqiq bir son tarix təyin edən 28 bəndlik “sülh planı”nı təsdiqləyib.

Cavab olaraq, Ukrayna Prezidenti Volodimir Zelenski "çətin seçim" elan edib və sənədi Avropa liderləri ilə birlikdə yenidən nəzərdən keçirmək niyyətində olduğunu söyləyib. Buna cavab olaraq, Avropa Birliyi özünün 24 maddəlik planını təqdim edib və bu plan, Amerika versiyasından fərqli olaraq, Ukrayna Silahlı Qüvvələrinin və ya müdafiə sənayesinin ölçüsünə heç bir məhdudiyyət qoymur.

Cenevrədə Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan sonra Ağ Ev Kiyevin sənədin yeni versiyasından məmnun olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş