Ona sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu qoyulub
Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına idmançılar tərəfindən, ümumilikdə 7 müraciət daxil olub. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb.
Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı 27 iyul tarixinə kimi davam edəcək.