Çelyabinskdə şagird və müəllimlərə çəkiclə hücum edilib

Dünya

16.09.2024 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

Hücum zamanı 4 şagird xəsarət alıb

Çelyabinskdə məktəblərin birində yeniyetmə digər şagird və müəllimlərə çəkiclə hücum edib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler deyib ki, hücum nəticəsində xəsarət alanlar olub, onlar xəstəxanalara aparılıb.

Onun sözlərinə görə, hadisə yerində hüquq-mühafizə orqanları, Çelyabinsk meri Natalya Kotova və uşaq hüquqları üzrə müvəkkil Yevgeniya Mayorova işləyirlər.

“Telegram” kanallarında qeyd edilib ki, araşdırma başlanıb və bütün təhsil müəssisələrində yoxlamalar aparılır.

Çelyabinsk Ombudsmanı Yevgeniya Mayorova “74.ru” portalına bildirib ki, ilkin məlumatlara görə, hücum zamanı 4 şagird xəsarət alıb.

Öz növbəsində, “Fövqəladə Xəbərlər Agentliyi Çelyabinsk” nəşri yazıb ki, 13 yaşlı oğlan şagirdlərdən birinə çəkiclə bir neçə zərbə endirib, onun vəziyyəti ağırdır.

“74.ru” xəbər verir ki, təcavüzkarın yanında çəkic, bıçaq və pnevmatik tapança olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş