Çəltik sahəsində ov edən şəxs saxlanılıb

Xəbərlər

20.10.2024 - 16:20

cedabet dərman SEO Xidməti

Ondan 1 ədəd "İJ" markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl quşları aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Z.Məmmədovun rayonun Süparibağ kəndi ərazisindəki çəltik sahəsində qanunsuz ov etdiyi müəyyən olunub.

AYNA xəbər verir ki, ondan 1 ədəd "İJ" markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirilən tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş