Cəlilabadın sabiq icra başçısı həbs edildi

Xəbərlər

09.12.2020 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

Namiq Zeynalov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib

 

Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

AYNA-nın “Report”a istinadən xəbərinə görə, istintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.

 

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

 

Dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, vəzifəli şəxslər həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş