Xəsarət almış daha iki sərnişin isə xəstəxanaya yerləşdirilib
Cəlilabad rayonunda mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu rayonun Günəşli kəndi ərazisində aşırıb.
Nəticədə avtomobildəki sərnişinlərdən biri – N.Süleymanov hadisə yerində ölüb. Xəsarət almış daha iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.