Cəlilabadda evdə yanğın olub

Hadisə

27.03.2023 - 04:49

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az