Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Cəlilabadda 8 otaqlı evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, Cəlilabad rayonunun Həziabad kəndində ümumi sahəsi 196 m² (hər mərtəbəsi 98 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.