Cəlilabadda avtomobil su kanalına aşıb: bir nəfər öldü

Hadisə

31.01.2022 - 05:43

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb, yaxınlıqdakı su kanalına düşüb.

Nəticədə Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Rzayev Emin Asif oğlu avtomobilin içərisində suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş