Cəlilabadda avtomobil aşıb

Hadisə

26.03.2023 - 11:36

Hadisə nəticəsində üç nəfər xəsarət alıb

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA "Report"a istinadən bildirir ki, minik avtomobilinin aşması nəticəsində rayonun Sabirabad kənd sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az