Cəlilabadda ağır: ölən və yaralananlar var

Hadisə

18.01.2021 - 07:11

Hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb

 

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların və vəfat edənin şəxsiyyəti dəqiqləşdirilir.

Müəllif: Ayna.az