Azərbaycanın yeni baş infeksionisti Təyyar Eyvazov oldu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub. AYNA xəbər verir ki, C.İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən çıxarılıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, nazir Oqtay Şirəliyevin müvafiq əmri ilə onun yerinə Təyyar Eyvazov təyin olunub.
Qeyd edək ki, o, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.