Cəhridə mağazada yanğın olub

Hadisə

28.07.2025 - 11:44

Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəhri qəsəbəsində ərzaq mağazasında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AYNA.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb ediliblər.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan mağazanın 15 kvadratmetr tavan hissəsi yanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş