Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanılıblar

Xəbərlər

05.08.2025 - 19:47

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır

Avqustun 5-də Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, araşdırmalar nəticəsində 50 hektar ərazinin yanması ilə nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.

Hazırda faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş