“Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir
Yeni çəkilən elektrik xətti vasitəsiylə ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə elektrik enerjisinin verilişi təmin olunub. AYNA xəbər verir ki, bu barədə “Azərişıq” ASC Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, artıq Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik xətti vasitəsiylə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.