Nazirlər Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib
Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Antalyada görüş keçirilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, tərəflər arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlarda Qarabağdakı vəziyyət də müzakirə olunub. Nazirlər Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, bölgədə iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun bərpasının vacib əhəmiyyətini bir daha təsdiqləyiblər.
Lavrov bildirib ki, Azərbaycan və Ermənistanın razılaşmasını, həm ermənilərin, həm də azərbaycanlıların bölgədə mehriban qonşu olaraq yaşamasını istəyirlər.