Çavuşoğlu: “Antalya Diplomatiya Forumuna Ermənistanı da dəvət etmişik”

Siyasət

05.03.2022 - 16:45

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə XİN başçısı: "Bu, açıq platformadır"

“Antalya Diplomatiya Forumuna Azərbaycandan geniş nümayəndə heyəti qatılacaq”.

AYNA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, Antalya Diplomatiya Forumuna beynəlxalq təşkilatların nümayəndələri qatılacaq: “Ermənistanı, Yunanıstanı, Cənubi Kipri də dəvət etmişik. Bu, açıq platformadır. İnanıram ki, Azərbaycanın da Diplomatiya Forumuna böyük faydası olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş