Çad hakimiyyəti Fransanın qoşunlarını yanvarın 31-dək çıxarmasını tələb edir

Dünya

20.12.2024 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

"Yeddi həftə yalnız min əsgər və çoxlu avadanlıq çıxarmaq mümkün deyil"

Fransa Silahlı Qüvvələrinin şəxsi heyəti yanvarın 31-dək Çadı tərk etməlidir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Afrika ölkəsinin hakimiyyət orqanları bu tələbi Parisə irəli sürüb.

Bildirilib ki, müvafiq tələb dekabrın 19-da Paris tərəfindən alınıb.

"Yeddi həftə yalnız min əsgər və çoxlu avadanlıq çıxarmaq mümkün deyil", deyə Fransadakı bir hərbi mənbə qeyd edib.

Noyabrın sonunda Çad Xarici İşlər Nazirliyi Afrika ölkəsinin hökumətinin Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş