“Yenilənmiş baza ssenarisində müharibə yalnız 2025-ci ilin son rübündə başa çatacaq”
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynadakı silahlı münaqişənin 2025-ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır. AYNA xəbər verir ki, bu barədə BVF-nin saytında dərc olunan proqnozda deyilir.
“Yenilənmiş baza ssenarisində müharibə yalnız 2025-ci ilin son rübündə başa çatacaq”, - deyə qeyd olunub.
Bunun il boyu ölkə iqtisadiyyatına güclü tormozlayıcı təsir göstərəcəyi qeyd olunur. Eyni zamanda, Ukraynanın mülayim iqtisadi artımı qoruyub saxlaya biləcəyi iddia edilir. Həmçinin bildirilir ki, Ukrayna beynəlxalq ictimaiyyətdən daimi maliyyə inyeksiyaları tələb edəcək.