Buzovnada qətl törədilib

Xəbərlər

29.04.2024 - 05:16

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyin oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Müəllif: Ayna.az