Bozbey və daha 58 şübhəlidən 55-i artıq saxlanılıb
Türkiyənin Bursa şəhərinin bələdiyyə sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Mustafa Bozbey saxlanılıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, Bursa prokurorluğunun araşdırması çərçivəsində Bozbey və daha 58 şübhəlidən 55-i artıq saxlanılıb.
Əldə olan məlumata görə, saxlanılanlar arasında Bozbeyin həyat yoldaşı, qızı və qardaşları, eləcə də bir neçə iş adamı var. Bozbeyin evində və bələdiyyə binasında axtarışlar aparılır.
Prokurorluq açıqlamasında şübhəlilərin "cinayətkar təşkilat yaratmaq və iştirak etmək" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunduğunu bildirib.
Əməliyyatlar Bursa, eləcə də İstanbul, Balıkəsir və Diyarbəkirdə aparılıb. Dörd nəfərin ölkə xaricində olduğu və axtarışda olduğu bildirilir.