Buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.
İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.