Buraxılış imtahanlarının nəticələri bu həftənin sonu elan ediləcək

Xəbərlər

03.05.2021 - 16:28

Həkimlər Klinikalar SEO Xidməti

Sonuncu imtahanların materialları “skan” olunma mərhələsindədir

 

Aprelin 15-16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, aprelin 22-23-də keçirilən imtahanların materialları “skan” olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.

 

Sonuncu imtahanların materialları (yazı işləri) isə “skan” olunma mərhələsindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş